İkinci Təhsil haqqında ətraflı məlumat
İkinci ali təhsil almaq son illərdə Azərbaycanda, eləcə də bütün dünyada getdikcə daha çox insanın üstünlük verdiyi bir akademik və peşəkar inkişaf yoluna çevrilib. Cəmiyyətin dinamik inkişafı, əmək bazarındakı dəyişikliklər, yeni peşələrin və ixtisasların meydana çıxması insanların təhsil ehtiyaclarını dəyişdirir. Bir çox insanlar birinci ali təhsili başa vurduqdan sonra, ya karyerada yüksəlmək, ya da tamamilə yeni bir sahədə peşəkar fəaliyyət göstərmək məqsədilə ikinci ali təhsil almağa qərar verir. Bu addım həm fərdi inkişaf, həm də əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. İkinci ali təhsil almaq həm şəxsi, həm də ictimai inkişaf üçün vacib bir mərhələ kimi nəzərdən keçirilir və bu sahədə qanunvericilik, qəbul qaydaları, maliyyə imkanları və digər hüquqi aspektlər haqqında dəqiq və ətraflı məlumat hər kəs üçün aktualdır. Əlavə təhsil, təhsil müəssisələrində birinci təhsilini başa vurmuş şəxslərin yenidən fərqli bir ixtisas üzrə imtahansız təhsil almaq imkanıdır!
1)Bütün təhsil müəssisələrinə müsahibə ilə qəbul həyata keçirilir (BDU istisna imtahanladır) ✅️
2)Əlavə təhsildə müəllimlik (pedaqoji) ixtisasları yoxdur ✅️
3)Əlavə təhsildə pulsuz olmur. Əlavə təhsil õdənişli olur✅️
4)İkinci Əlavə təhsil Kollec və Bakalavr diplomu olanlar üçün keçərlidir✅️
5) İstədiyiniz ixtisas üzrə qiyabi forma varsa təbii ki, mümkündür✅️
6) Universitet diplomu olanlar Universitet, Kollec diplomu olanlar Kollec üzrə ikinci təhsil ala bilər✅️
7) Bakalavr diplomu olanlar yenidən kollec təhsili almaq istəyirsə birbaşa kollece yaxınlaşın ✅️
8)Yenidən kollec oxuyub bitirən şəxslərə Subbakalavr dərəcəsi verilir✅️
9) Xaricdə təhsil alıb diplomu Azərbaycanda tanınan şəxslər burada ikinci təhsilə müraciət edə bilər✅️
İkinci təhsil yalnız Azərbaycan vətəndaşlarına verilir❗️ Kollec bitirib Universitetə imtahansız sənəd qəbulu Subbakalavr adlanır✅️ İkinci təhsillə səhv salmayın✔️
10-Fev-2026 2
iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.